Aybaşı/Menstruasiya | |
---|---|
| |
| |
Latınca | menstruis |
Yunanca | μήνῥέω |
Vikianbarda əlaqəli mediafayllar |
Menstruasiya və ya aybaşı (lat. mensis — ay, menstruus — hər ay) — qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir. Qadın hərəkətli olduqda ifrazat laxtalanmır. Bu dövrdə oturaq vəziyyətdə olan qadınlarda uşaqlıq yolunda yığılıb qalan qan laxtalana bilər. Menstrual qanın laxtalanmasının qarşısını alan durulaşdırıcı fermentlər ifrazatın miqdarı artıq olduqda və laxtalanma sistemi pozğunluğunda heç də effektli olmur. Aybaşı ifrazatının xüsusi qoxuya malik olması, uşaqlıqdan xaric olan steril qana uşaqlıq yolunda qoşulan bakteriya və mikroorqanizmlərlə əlaqədardır.
İlk menstruasiyadan aybaşı dövriyyəsi - menstrual sikl başlanmış olur. Aybaşı qanı adi damarlardan axan qandan bir qədər tünd rəngə malik olub, tərkibində çoxlu sayda fermentlərin olduğuna görə laxtalanmır. Hamiləlik və laktasiya zamanı aybaşı baş vermir. Aybaşının kəsilməsi hamiləliyi təsdiqləyən əsas simptom hesab olunur.